Avrozonada istehlakçı aktivliyi və iqtisadi bərpa davam edir
Bir çox sahələr pandemiyadan əvvəlki səviyyəyə çatır.Pandemiyanın bu yay baş verən növbəti dalğası Avropa İttifaqına ötən ilə nisbətən daha az təsir edib.
Marja xəbər verir ki, rəsmi statistika qurumlarına alternativ olan əksər göstəricilər istehlakçı aktivliyinin yüksək olduğunu göstərir.
İstirahət xərcləri, restoran və əyləncə məkanlarını ziyarət və ümumi alış-veriş həcmi sürətlə artır. OECD-nin də əsas götürdüyü “Google mobility” yerdəyişmə və hərəkətlilik indeksi pandemiyadan bəri ən yüksək həddinə çatıb.
Xüsusən turizm sektoru daha böyük sürət götürüb. Ən iri turizm bölgələrindən olan İspaniyada bu mövsüm hotellərin 50%-dən çoxu pandemiyadan sonra ilk dəfə dolub. Kirayələr üzrə məlumat şirkəti AirDNA-nın məlumatıan görə, Almaniya, İtaliya, Portuqaliya və İspaniyada qısamüddətli rezervasiyalar hələ 2019-cu ilin səviyyəsinə çatmasa da, sürətlə artır.
Bununla belə, bir sıra sahələr hələ də kifayət qədər geridədir. Avropada uçuşlar 2020-ci ilin əvvəlindən ən yüksək səviyyəyə çatsa da, 2019-cu ilin göstəricilərindən 30% aşağıdır. Həmçinin, Avrozonanın 4 ən iri iqtisadiyyatında avqustun ortasında kinoteatrların həftəsonu gəlirləri 16 milyon dollara çatıb. Bu isə 2019-cu ilin yay mövsümündəki 50 milyon dollardan xeyli azdır.
Əksər iqtisadi ekspertlər cari ilin 3-cü rübündə Avrozonada ÜDM artmının 2,8-3% olacağını proqnozlaşdırır. Pandemiyadan əvvəlki səviyyəyə isə gələn ilin ortalarında çatmaq mümkün olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















