İtaliyanın ən iri aviaşirkəti birdəfəlik bağlanır
Son biletləri satır, oktyabrdan uçmayacaq...İtaliyanın ən iri aviaşirkəti, bayraq daşıyıcısı, 1946-cı ildə yaradılmış Alitalia (Societa Aera Italiana) fəaliyyətini birdəfəlik dayandırır.
Marja xəbər verir ki, uzun illər zərərlə işləyən şirkət oktyabrın 15-dən sonra ləğv ediləcək.
75 yaşlı Alitalia-nın əsas uçuş bazası Roma şəhərinin “Leonardo da Vinçi” hava limanıdır. Ötən əsrin 50-ci illərinin ortalarında Avropanın ən iri aviaşirkətlərindən olan Alitalia uzun müddət uçuş heyətinin geyimlərini və təyyarələrin interyerinin dizaynını İtaliyanın ən iri moda şirkətlərinə, o cümlədən Giorgio Armani-yə sifariş verib.
Roma Papasının da rəsmi səyahət tərəfdaşı olan Alitalia son 30 ildə İtaliya hökumətinin milyardlarla avro dəstək verməsinə baxmayaraq, uzun müddət zərərlə işləyib. 2009-2018-ci illərdə cəmi 2 milyard avroya (2,4 milyard dollar) yaxın zərər edən şirkət 2017-ci ildə özünü müflis elan edib.
İtaliya hökuməti Alitalia-nın satılması ilə əlaqədar bir neçə aviaşirkətlə uğursuz danışıqlardan sonra ötən ilin martında şirkəti tam dövlət mülkiyyətinə keçirib. Hökumət nəhayət, pandemiya nəticəsində daha ciddi zərbə alan Alitalia-nın ləğv olunmasına və ITA (Italia Trasporte Aereo) şirkətinin yaradılmasına qərar verib.
Alitalia artıq son biletlərini satır və müştərilərinə oktyabrın 15-dən sonrakı uçuşlarla bağlı ITA ilə əlaqə saxlamağı tövsiyə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















