Xarici investorlar ardıcıl 9-cu həftədir vəsaitlərini Rusiyadan çıxarır
Təkcə son həftədə 80 milyon dollar çıxarılıb...Son həftələrdə Rusiya aktivlərinə və borc kağızlarına sərmayə yatıran xarici investorlar öz vəsaitlərini ölkədən çıxarırlar.
Marja xəbər verir ki, bu barədə investisiya bankı və broker qrupu BSC Global Markets-in hesabatında bildirilir.
Son bir həftədə 80 milyon dollar, daha öncəki həftədə isə 70 milyon dollar xarici investorlar tərəfindən çıxarılıb. Ardıcıl 9-cu həftədir baş verən prosesdə artıq ölkədən çıxarılan vəsaitin həcmi 500 milyon dollara çatıb. Bu, son 2 ildə baş verən ikinci belə uzunmüddətli haldır.
2019-cu ilin 2-ci yarısında xarici investorlar Rusiya əleyhinə sanksiyalardan ehtiyat edərək, 14 həftə ərzində ölkə iqtisadiyyatından 850 milyon dollar vəsait çıxarmışdılar. Hazırda baş verən prosesdə sanksiyalar əsas deyil, ikinci dərəcəli təkanverici amildir. İnvestorları narahat edən başlıca məqam ölkə iqtisadiyyatının pandemiyadan sonra zəif templə bərpası və ÜDM-in artım dərəcəsinin aşağı olmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























