Dünyanın ən iri investisiya fondu yaradılır
Yaponiyanın texnologiya nəhəngi "Softbank" Səudiyyə Ərəbistanı ilə müştərək yaratdığı "Vision Fund" investisiya fondu 100 mlrd. ABŞ dolları həcmində vəsaitlə fəaliyyətə başlayır.
"Habertürk" xəbər verir ki, adıçəkilən Fondun qlobal texnologiya sektorunda mühüm dəyişikliklər edəcəyi gözlənilir.
Fonda yaxın 5 ildə ən böyük maliyyə dəstəyini 45 mlrd. dollarla S.Ərəbistanının Dövlət İnvestisiya Fondu verəcək. "Softbank"ın isə "Vision Fund"a 25 mlrd. dollar yatırım edəcəyi gözlənilir. Qeyd edək ki, bununla yanaşı "Apple" və "Sharp" şirkətlərinin hər biri "Vision Fund"a 1 mlrd. dollar verəcəyini bildirib. Fonda investisiya qoyanlar arasında həmçinin "Oracle", "Foxconn" və "Qualcomm" kimi məşhur texnologiya şirkətləri yer alıb.
Hazırda S.Ərəbistanında olan Yaponiyanın ən zəngin adamı - "Softbank Group"un sahibi Masayoşi Son (Masayoshi Son) "Vision Fund"un rəsmi olaraq paytaxt Ər-Riyadda fəaliyyətə başlayacağını qeyd edib.
Xatırladaq ki, "Vision Fund" 2016-cı ilin oktyabr ayında qurulub və məqsədi dünyada texnologiya sahəsində yeni araşdırmalara dəstək verməkdir.
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
















.jpg)


