İyulda Azərbaycanın bank sektorunun aylıq xalis mənfəəti 2 dəfədən çox azalıb
2021-ci ilin iyul ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 42,6 milyon manat təşkil edib. Bu, İyun ayındakı xalis mənfəət ilə müqayisədə 2 dəfədən çox azdır.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2021-ci ilin 6 ayı ərzində bank sektrounun xalis mənfəəti 366,3 milyon manat ikən, 7 ayda 408,9 milyon manata yüksəlib.
Bank sektorunun xalis mənfəəti Yanvarda 25,4 milyon manat, Fevralda 47,7 milyon manat, Martda 75,7 milyon manat, Apreldə 45,9 milyon manat, Mayda 78,5 milyon manat, İyunda 93,1 milyon manat təşkil edib.
İyun ayı ilə müqayisədə İyulda bank sektorunun xalis mənfəəti 2,2 dəfə azalıb
GƏLİRLƏR ARTIB
2021-ci ilin 7 ayı ərzində bank sektorunun cəmi əməliyyat gəlirləri 1 milyard 672,5 milyon manat, o cümlədən faiz gəlirləri 1 milyard 184,6 milyon manat, qeyri-faiz gəlirləri 487,9 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 7 ayında bank sektorunun cəmi əməliyyat gəlirləri 1 milyard 483,1 milyon manat, o cümlədən faiz gəlirləri 1 milyard 109,8 milyon manat, qeyri-faiz gəlirləri 373,3 milyon manat təşkil etmişdi.
XƏRCLƏR ARTIB
2021-ci ilin 7 ayı ərzində bank sektorunun 1 milyard 672,5 milyon manat cəmi əməliyyat gəlirlərinə qarşı cəmi əməliyyat xərcləri 1 milyard 98 milyon manat (307,1 milyon manatı faiz xərcləri, 771,5 milyon manatı qeyri-faiz xərcləri) təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən sektorun 574,7 milyon manat əməliyyat mənfəəti yaranıb. Bank sektoru əməliyyat mənfəətindən 94 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma edib və 71,9 milyon manatlıq mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2020-ci ilin 7 ayı ərzində bank sektorunun 1 milyard 483,1 milyon manat əməliyyat gəlirlərinə qarşı əməliyyat xərcləri 976 milyon manat (281,7 milyon manatı faiz xərcləri, 657,4 milyon manatı qeyri-faiz gəlirləri) təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən sektorun 507,1 milyon manat əməliyyat mənfəəti formalaşmışdı. Eyni zamanda ehtiyatdan azad olmuş 16,2 milyon manat mənfəətə əlavə edilmişdi. Sektor 523,4 milyon manat mənfəətdən 95,3 milyon manat mənfəət vergisi ödəmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 19 d. əvvəl
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























