Bayden hamını toplayır - Zuckerbergdən başqa...
Kiberhücumlardan və hakerlərin çıxardığı “hoqqalardan” danışacaq...Bu gün ABŞ prezidenti Cozef Bayden Ağ Evdə bir sıra iri amerikan şirkətlərinin rəhbərlərini qəbul edəcək.
Marja xəbər verir ki, texnologiya, maliyyə xidmətləri, enerji və su, sığorta və təhsil sahələrini təmsil edən şirkətlərlə görüşdə əsas müzakirə mövzusu kibertəhlükəsizlik və haker hücumlarına qarşı mübarizədir.
Amazon, Apple, Google, Microsoft, IBM, JP Morgan, Bank of America kimi nəhənglərin, eləcə də ölkənin əsas kommunal xidmət şirkətlərinin rəhbərlərinin qatıldığı (naməlum səbəblərdən Facebook-un adı siyahıda yoxdur) tədbir üç sessiyada aparılacaq.
“Mühüm infrastrukturun dayanıqlılığı”adlı panelə ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alexandro Majorkas və enerji naziri Cennifer Granholm sədrlik edəcək.
“Güclü kibertəhlükəsizliyin qurulması” adlı sessiya Ticarət və Kommersiya Nazirliyinin rəhbərliyi ilə keçiriləcək. Sonuncu sessiya isə “Kibertəhlükəsizlik üzrə işçi qüvvəsi”adlanır və Milli Kibertəhlükəsizlik Agentliyinin direktoru Kris İnqlisin sədrliyi ilə təşkil olunacaq.
Bütövlükdə görüşün məqsədi ABŞ iqtisadiyyatı üçün həyati əhəmiyyətə malik şirkətlərlə kiberhücumların əsas səbəblərinin müzakirəsi və daha ciddi tədbirlərin görülməsi ilə bağlı konkret təkliflərin səsləndirilməsidir. Hazırkı statistika ölkədə kibertəhlükəsizliklə bağlı 500 min iş yerinin boş olduğunu bildirir.
Son aylarda baş verən ardıcıl haker hücumları, xüsusən də hökumət orqanlarının sistemlərinə sızmalar və ən iri yanacaq boru kəməri olan Colonial Pipeline-nın bir neçə gün iflis olması Bayden administrasiyasını daha ciddi addımlar atmağa məcbur edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















