Əmanətlərin dollarlaşması səviyyəsi düşməkdə davam edir
Əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi 44,7%-dək azalıb2021-ci ilin iyul ayında da fiziki şəxslərin xarici valyutadakı əmanətləri azalmaqda davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin iyun ayının sonu ilə müqayisədə iyul ayında milli valyutada olan əmanətlər 179,3 milyon manat artaraq 4 milyard 761,1 milyon manata yüksəlib. Xarici valyutadakı əmanətlər isə 8,8 milyon manat azalaraq 3 milyard 844.8 milyon manata geriləyib.
31 İyul 2021-ci il tarixində fiziki şəxslərin cəmi əmanətləri 8 milyard 605,9 milyon manat təşkil edib. Başqa ifadə ilə, əmanətlərin 55,3%-i milli valyutada, 44,7%-i xarici valyutada olub. İyunun sonunda bu nüsbət müvafiq olaraq 54,3% və 45,7% idi.
2014-cü ildə əmanətlərin dollarlaşması nisbəti 80%-i ötümşüdü. Bu nisbət ötən ilin sonunda 50%-dən yüksək idi.
Cəmi 8 milyard 605,9 milyon manat əmanətin 6 milyard 422,2 milyon manatını və ya 74,6%-ni qısamüddətli əmanətlər (1 ilədək), 2 milyard 183.7 milyon manatını və ya 25,4%-ni uzunmüddətli əmanətlər təşkil edib.
Fiziki şəxslərin cəmi əmanətlərinin 3 milyard 501,4 milyon manatı (40,6%-i) cari hesablardakı vəsaitlərdən (tələbli əmanət) ibarət olub.
Fiziki şəxslərin əmanətlərinin strukturu, milyon manat ilə.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























