Azərbaycanda təyyarələrin qaçırılmasının qarşısını almaq üçün Əməliyyat Qərargahı yaradılacaq
Azərbaycan prezidenti İlham Əliyev“Azərbaycan RespublikasınınNazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün “Təbil planı”na əsasən Komissiya yanında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və Azərbaycan Respublikası daxili işlər nazirinin, Azərbaycan Respublikası müdafiə nazirinin, Azərbaycan Respublikası nəqliyyat nazirinin, Azərbaycan Respublikası səhiyyə nazirinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavinlərinin və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı yaradılacaq.
Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının sədri baş nazirin müvafiq sahəyə cavabdeh olan müavini olacaq. Komissiya üzvləri isə daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, nəqliyyat naziri, rabitə və yüksək texnologiyalar naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti olacaq.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Avropadan Azərbaycan vətəndaşının kartına sürətli və sərfəli pul köçürmələri mümkün oldu
- 7 saat əvvəl
-
7 saat əvvəl
2024-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozu aşağı salınıb
- 8 saat əvvəl
-
10 saat əvvəl
"Gardashlar Mebel"in smart masası ilə sağlamlığınızı qoruyun - Rəhbərlərə çağırış
-
10 saat əvvəl
“McDonald’s Azərbaycan” və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib - FOTO
-
11 saat əvvəl
“Azərikard” ilk ödəniş sistemi lisenziyası alan təşkilat oldu
-
11 saat əvvəl
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Kristal Bakı" şirkətinin səhmlərinə 3 investor 3 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 12 saat əvvəl