Dünyanın ən iri gəmiçilik şirkətindən Hyundai-a 1,4 milyard dollarlıq sifariş
8 yeni gəmi, 16 min konteyner...Danimarkanın gəmiçilik və konteyner daşıma şirkəti, 708 gəmidən ibarət donanması və 116 ölkənin 370-dən artıq limanında əməliyyatları ilə bu sahədə dünya lideri olan Maersk xidmət həcmini genişləndirir.
Marja şirkətin dünənki açıqlamasına istinadla xəbər verir ki, Maersk Cənubi Koreyanın Hyundai Heavy Industries şirkətinə 8 yeni okean tipli iri konteyner gəmisi inşa etmək üçün sifariş verib.
Avropa mətbuatı gəmilərin hər birinin 175 milyon dollara başa gələcəyini yazır. Beləliklə, Maersk 8 gəmi üçün 1,4 milyard dollar vəsait xərcləməli olacaq.
Yeni gəmilərin toplam yükdaşıma tutumu 16 min ədəd konteyner olacaqdır. 2024-cü ilin əvvəlində suya buraxılacaq müasir gəmilərin əsas maraqlı xüsusiyyəti karbonsuz metanol və az kükürdlü yanacaqdan istifadənin nəzərdə tutulmasıdır. Maersk-in karbonsuz əməliyyatlar bölməsinin rəhbəri Morten Bo Kristiansen video mesajda bildirib: “Bu gəmilər yaşıl metanol əsasında üzərək, hər il milyonlarla ton CO2 emissiyasını azaldacaq”.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, dünya iqtisadiyyatında inkişaf ili olan 2019-cu ildə enerji ilə əlaqədar qlobal karbon emissiyalarının 2%-i gəmi ilə yükdaşımaların payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















