Bu il dividend ödənişləri - 1,4 trilyon dollara çatacaq - PROQNOZ
Samsung ən çox ödənişlə liderdir...Bu ilin ikinci rübündə şirkətlər tərəfindən səhmdarlara dividend ödənişləri ötən illə müqayisədə 26% artaraq, 472 milyard dollara çatıb.
Marja xəbər verir ki, bu barədə Böyük Britaniyanın aktivlərin idarəetmə qrupu Janus Henderson yeni hesabatında bildirib.
“Qlobal Dividend İndeksi” hesabatının bugün dərc olunan avqust 2021-ci il buraxılışında qeyd olunur ki, dünya üzrə şirkətlərin 84%-i ötən ilin müvafiq dövrü ilə müqayisədə dividend ödənişlərini ya artırıb, ya da ən azı 2020-ci ilin səviyyəsində saxlayıb.
Samsung 12,2 milyard dollar dividendlə Nestleni ötüb keçərək, dünyanın ən iri dividend ödəyicisinə çevrilib. Siyahıdakı ilk 5-likdə həmçinin dünyanın ikinci ən iri mədən şirkəti Rio Tinto, Rusiya maliyyə nəhəngi SberBank və Fransanın transmilli əczaçılıq şirkəti Sanofi qərarlaşıb.
Regional sıralamada Şimali Amerika (ABŞ və Kanada) 140,7 milyard dollarla 1-ci, Avropa 131 milyard dollarla 2-ci yeri tutur. Daha sonrakı mövqelərdə Asiya-Sakit okean regionu (44,1 milyard dollar), inkişaf edən ölkələr (38,7 milyard dollar), Yaponiya (37,8 milyard dollar) və Böyük Britaniya (26,4 milyard dollar) gəlir.
Janus Henderson 2021-ci il üzrə dividend ödənişlərinə dair proqnozunu yeniləyərək, 1,39 trilyon dollar müəyyənləşdirib. Bu rəqəm 2019-cu ilin göstəricisindən 3% azdır.
Ən iri dividend ödəyicilərinin 10-luğu:
Samsung Electronics
Nestle
Rio Tinto
Sberbank
Sanofi
Allianz SA
China Mobile LTD
Microsoft Corporation
Axa
AT&T
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















