“Aztelekom”un stansiyası yeni texnologiyaya əsaslanan platformaya keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən yüksək keyfiyyətli beynəlxalq və şəhərlərarası telefon rabitəsinin təmin olunması məqsədilə “Alcatel 1000 S-12” tipli stansiya yenilənərək müasir standartlara cavab verən İMS (IP multimedia subsystem) texnologiyasına əsaslanan platformaya keçirilib.
Şirkətin yaydığı məlumata görə, uzunmüddətli istismar nəticəsində avadanlıqların köhnəldiyini, həmçinin tələbatı ödəmədiyini nəzərə alaraq ölkə ərazisində stansiyanın müasir əsaslarda quraşdırılması işlərinə 2019-ci ildən başlanılıb. Ötən müddət ərzində Bakı şəhəri və Yevlax rayonu ərazisində yeni stansiyalar quraşdırılıb və uğurla sınaqdan keçirilib. Artıq yeni stansiyalar tam istismara verilib.
IMS texnologiyasına keçid “Aztelekom” MMC istifadəçilərinə telefon xidmətlərindən istifadə zamanı daha keyfiyyətli rabitə xidmətindən faydalanmağa şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















