Avtomobil istehsalçılarının başı dərddən açılmır: pandemiya, çip böhranı, “nasaz milyardlar”
Təkcə geri çağırılan elektromobillər 2 milyarddan artıq ziyan vurub....Hazırda qlobal avtomobil bazarı özünün ən çətin günlərini yaşayır - həm pandemiya səbəbindən “çip böhranı”, həm də elektrikli avtomobillərlə bağlı çətinliklər iri şirkətləri sıxır.
Marjanın dünən xəbər verdiyi kimi, ən iri qlobal istehsalçı olan Toyota sentyabr ayında istehsal həcmini 40% azaldacağını açıqlayıb (900 min avtomobil əvəzinə 540 min ədəd). Əsas səbəb yarımkeçirici çiplərin və digər ehtiyat hissələrinin çatışmazlığıdır. Çünki ən iri təchizat zavodlarının yerləşdiyi Malayziya və Vyetnamda son həftələrdə koronavirus infeksiyasının kütləvi yayılması iqtisadiyyatı iflic edib.
Digər bir avtomobil nəhəngi - Ford avqustun 23-dən başlayaraq, ABŞ-ın Missuri ştatındakı F-150 pikaplarının yığılma xəttində işləri dayandırır. Çin istehsalçısı Geely də bu həftə “təchizatdakı qeyri-müəyyənliyin davam etdiyini” bildirib. Ötən ay isə Jaguar Land Rover çip böhranına görə satış proqnozunu yarıbayarı azaldıb.
Lakin avtomobil istehsalçılarının problemi təkcə bununla bitmir. Hazırda əksər ölkələrin, o cümlədən ABŞ və Avropa İttifaqının yeni hədəfi - 2030-cu ilə qədər avtomobil parkının yarısını elektrikləşdirmək ənənəvi nəhəngləri rəqabət yarışında çətin vəziyyətə salıb: milyardlarla vəsait yatırırlar, lakin hələ də yanğın, mühərrik nasazlığı və batareyanın düzgün işləməməsi kimi ciddi problemlər bitmir.
Ötən il 3 qlobal istehsalçı - General Motors, Hyundai və Ford 132 mindən çox elektrikli avtomobili geri çağırmalı olub. Bu isə həmin şirkətlərə 2,2 milyard dollara başa gəlib. Ən çox ziyan çəkən General Motorsdur - 800 milyon dollar.
Elektromobil bazarının lideri Tesla batareya problemini əsasən həll etsə də, digər texniki nasazlıqlara görə hazırda ABŞ və Norveçdə şirkətin bir sıra modelləri ilə bağlı qəzalar əsaslı araşdırılır. Bu da Elon Maskın şirkətinə təsirsiz ötüşməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
26 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
34 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Qızıl və gümüş daha da bahalaşdı
Ən çox oxunanlar
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB

























