"Petkim" tarixində ən yüksək maliyyə göstəricilərinə nail olub
Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ilin ikinci rübünün nəticələri ilə tarixində ən yüksək maliyyə göstəricilərinə nail olub. 1 milyard 325 milyon TL həcmində xalis gəlir əldə edən “Petkim” ümumi dövriyyəsini 7 milyard 397 milyon TL-yə yüksəldərək hər iki göstərici üzrə rekord nəticəyə imza atıb. Beləliklə şirkətin ilk 6 aylık xalis gəliri 2 milyard 216 milyon TL yə çatıb.
Bu barədə “SOCAR Türkiyə”dən məlumat verilib.
“SOCAR Türkiyə”nin Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov deyib: “Sürətlə dəyişən qlobal inkişaf dinamikasının effektiv idarə olunması sayəsində 2021-ci ilin ikinci rübündə xalis gəlirimizi 1 milyard 325 milyon TL-yə yüksəltdik. İstehsal gücündən 95 faiz istifadə etmək və ümumi dövriyyəni 7 milyard 397 milyon TL-yə çatdırmaqla şirkətin tarixində rekord rəqəmlərə nail olduq və güclü bir maliyyə göstəricisi ortaya qoyduq”.
“Petkim”in qurulduğu gündən bu vaxtadək əldə etdiyi ən yaxşı göstərici kimi tarixə düşən maliyyə nəticələrində neft-kimya sektorunda qlobal miqyasda müşahidə olunan müsbət şəraitin təsiri hissolunacaq dərəcədədir. Ötən rübdə uğurlu nəticələrə səbəb olan fəaliyyət göstəricilərinin artması ilə yanaşı, xərclərdəki qlobal artımın məhsulun qiymətlərindəki qlobal yüksəlişdən az olması “Petkim”in gəlirini artıran ən mühüm amillərdən biri olub.
“Qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atdıq”
“Petkim”in 2021-ci ilin ikinci rüb maliyyə göstəricilərini dəyərləndirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov qeyd etmişdir ki, neft-kimya bazarında Asiya və Amerika ilə əlaqəli tədarük zəncirindəki qırılmalarla yanaşı ehtiyacdan artıq alışın yaratdığı tələb “Petkim”in də istehsalçısı olduğu məhsulun qiymətlərində qlobal bir yüksəlişə yol açıb. Onun sözlərinə görə, peyvəndləmənin genişlənməsi ilə əlaqədar pandemiyanın bitəcəyi barədə gözləntilər də ümumi tələbə təkanverici təsir göstərib və müşahidə olunan bütün bu dönüşlər “Petkim”in rekord səviyyəyə çatan gəlirində öz əksini tapıb.
Anar Məmmədov deyib: “İstehsal xərclərinin ötən ilə nisbətən 110 faiz, naftanın qiymətinin isə 60 faiz artdığı bir dövrdə “STAR NEZ” ilə fasiləsiz inteqrasiyalı istehsalımız “Petkim”də gəliri yüksəldən digər bir mühüm hərəkətverici qüvvə oldu. İstehsal gücündən istifadəni də ötən ilin müvafiq rübünə nisbətən 2,5 faiz artıran “Petkim”, məlum olduğu kimi, eyni zamanda, məhsul satışı ilə yanaşı ticari satışlar da həyata keçirir. Bu satışlardakı artım da rekord gəlirə mühüm töhfə verib. Hesabat dövründə reallaşan 7 milyard 397 milyon TL-lik ümumi dövriyyənin 2 milyard 649 milyon TL-si ticari satışların payına düşüb. Əldə etdiyimiz bu yüksək maliyyə göstəricisinə müasir qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atmağımızın da böyük rolu olub. Əldə etdiyimiz gəliri düzgün dəyərləndirərək qısamüddətli borclarımızı da təxminən 90 milyon dollar azaltdıq. Bu isə xalis faiz məsrəflərimizi azaltdığı üçün xalis gəlirimizə də müsbət təsir göstərdi. Bütün bunlarla yanaşı, aktivlərimizi 23 faiz, kapitalımızı 29 faiz artıraraq maliyyə mövqeyimizi gücləndirdik. Düşünürəm ki, pandemiya səbəbindən dalğalanmaların hələ də davam etdiyi bir şəraitdə nümayiş etdirdiyimiz bu uğurlar qlobal rəqabətdəki mövqeyimizi daha da möhkəmləndirəcək. Qazanılmış nailiyyətlərdə əməyi olan bütün əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm”.
ƏSAS GÖSTƏRİCİLƏR | Q2 2021 | Q1 2021 | Dəyişiklik | Fərq |
Q2 2021 vs Q1 2021 | Q2 2021 vs Q1 2021 | |||
Xalis satışlar (milyon TL) | 7.397 | 5.034 | 47% | 2.363 |
Ümumi gəlir (milyon TL) | 1.884 | 1.210 | 56% | 674 |
Ümumi gəlir marjı (%) | 25,5% | 24,0% | 1,4 |
|
Xalis gəlir (milyon TL) | 1.325 | 892 | 49% | 433 |
Xalis gəlir marjı (%) | 17,9% | 17,7% | 0,2 |
|
EBITDA (milyon TL) | 1.890 | 1.225 | 54% | 665 |
EBITDA marjı (%) | 25,6% | 24,3% | 1,2 |
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
2 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
2 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Ən çox oxunanlar
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur






.jpg)








.jpg)







