Özəl kapital bazarı 7 trilyon dolları keçib
Təkcə 5 şirkətin əlində 2 trilyon dollardan çox aktiv var...Son 1 ildə özəl kapital investisiyalarının həcmi və idarə etdikləri aktivlər sürətlə böyüyüb.
Marja Financial Times-a istinadla xəbər verir ki, təkcə 5 Amerikan şirkətinin (Blackstone, KKR, Carlyle, Apollo və Ares) bazar dəyəri ötən ilin martından bəri üçqat artaraq, 252 milyard dollara çatıb. 2020-ci ilin martında bu rəqəm cəmi 80 milyard dollar idi.
Onların idarəçiliyi altındakı aktivlərin həcmi də ötən ilin iyunu ilə müqayisədə 37% genişlənib - 2,1 trilyon dollar.
Goldman Sachs-ın hesablamalarına görə, bugün özəl investorların həmin şirkətlər vasitəsilə müxtəlif bizneslərə yatırmağa hazır olduğu pulun həcmi 440 milyard dollardır. Bu isə tarixi rekorddur və son 4 ildə ikiqat artım deməkdir.
2006-2015-ci illərdə təkcə kapital şirkətlərinin investorlardan xidmət haqqı şəklində aldığı vəsait 230 milyard dollar olub. Morgan Stanley bankı hazırda özəl investisiya qruplarının əlindəki bütün aktivlərin (o cümlədən pul vəsaitinin) 7,4 trilyon dollar təşkil etdiyini bildirir. 2025-ci ilə qədər bu məbləğin 13 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, qonşu ölkələrdə - Türkiyədə ən iri özəl investisiya qrupu 5 milyard dollardan çox aktivləri olan TürkVen, Rusiyada isə bazarın 30%-dən çoxunu əlində saxlayan Baring Vostok Capital Partners-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















