Maliyyə bazarlarında son vəziyyət
EUR
Amerika iqtisadiyyatı fonunda risklərin artması, EURUSD məzənnəsində də ucuzlaşma dinamikasının zəifləməsinə səbəb olub. Avro üzrə ümumi proqnozlar aşağı istiqamətli olsa da gələcək günlərdə məzənnə 1.19$-a kimi korreksiya edə bilər.
Bununla yanaşı, çərşənbə axşamı Amerikadan Bakı vaxtı ilə saat 16:30-da pərakəndə satış və saat 18:00-da sənaye dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. Çərşənbə günü saat 22:00-da yayımlanacaq FED-in toplantı protokolu da bu həftə diqqət mərkəzində olacaqdır.
GBP
GBPUSD məzənnəsində də başlayan bahalaşma 1.39$-a kimi davam edə bilər.
İngiltərədən çərşənbə axşamı saat 10:00-da işsizlik və çərşənbə günü saat 10:00-da inflyasiya ilə bağlı açıqlanacaq göstəricilər də önəmli rol oynayacaqdır.
TRY
USDTRY məzənnəsi də qlobal bazarların təsiri altında dalğalanmaqdadır və burada da dolların 8.29 lirəyə kimi düşə biləcəyi proqnozlaşdırılır.
OIL
Enerji birjalarında neftə olan tələbin azalması, Brent neftinin 70$-ın altında dalğalanmasına səbəb olur. Təhlillərə əsasən, bir barel üzrə qiymət 65$-a kimi dəyər itirə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Foreks bazarlarında dolların ucuzlaşması, qızılın da dəyər qazanmasına səbəb olub. Bir unsiya qiymət artıq 1783$ (57.3 $/qram) müqavimətinə kimi dəyər qazanıb və üzərində möhkəmlənəcəyi təqdirdə, 1828$-a kimi (58.8 $/qram) də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
-
17 d. əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 20 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
15 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Rəsmi məzənnələr açıqlandı
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Ən çox oxunanlar
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək



















.jpg)



