450 fərdi ev tikiləcək - 29,3 MİLYON MANATLIQ MÜQAVİLƏ
36 şəhər və rayonda müharibə əlilləri və şəhid ailələri üçün fərdi evlər tikiləcək.
Marja xəbər verir ki, evlər “MAC Construction” QSC şirkəti tərəfindən tikiləcək.
Belə ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması üzrə “MAC Construction” QSC qalib elan edilmişdir.
“MAC Construction” QSC ilə nazirlik arasında 29 milyon 323 min 213 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.
Qeyd edək ki, 2020-ci ilin Sentyabr ayında yaradılmış “MAC Construction” QSC 2010 manat nizamnamə kapitalına malikdir. Şirkətin qanuni təmsilçisi Quliyev Ramin Ziyadxan oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindədir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























