Azərbaycan şirkəti 50 mağaza açmağı hədəfləyir
"Hədəfimiz 2022-ci ilin sonunadək ölkədə Saloğlunun 50 diler mağazasının açılması, daxili bazarla yanaşı brendimizi Avropa bazarı və MDB məkanında da əlçatan etməkdir".
Bunu Marja-ya Saloğlu fabrikinin satış direktoru Elşən Bayramlı bildirib.
O qeyd edib ki, 2000-ci ildən bu günədək qısa müddətdə sürətli və peşəkar inkişaf yolu ilə irəliləməkdədir: "Sayca 13-cü diler mağazamızı Masallı sakinlərinin xidmətinə veririk. İl sonunadək 25 mağaza fəaliyyətdə olacaq. Digər bölgələrdə də diler mağazalarımızın rəsmi açılışları yaxın günlərə planlaşdırılıb artıq. Şirkətimizin bu inkişafı ölkə iqtisadiyyatı və bir sıra sahələrə öz müsbət təsirini verəcəkdir. Hər açılan diler mağazası əhalinin mebel ehtiyacını ödəməklə yanaşı azı 10-15 yeni iş yerinin açılması deməkdir".
Xəbər verdiyimiz kimi, Saloğlu şirkətinin növbəti diler mağazası Masallı şəhərində açılıb. Şirkətin yaydığı məlumata görə, mağaza öz konsept dizaynı, modern mebelləri və yüksək səviyyədə təşkil olunmuş xidməti ilə zövqlər oxşamaqdadır. Saloğlu mebelin bütün növ yataq, qonaq, yumşaq mebelləri mağazada tam fərqli üslubda sərgilənməkdədir. Mağazada olarkən sizin üçün yaradılmış öz evinizdəymiş kimi hiss edəcəyiniz bir mühitdə zövqünüzə uyğun mebelərə sahib ola biləcəksiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























