KOBİA “e-KOB evi” portalı üzərindən elektron xidmətlər göstərəcək
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib.
Marja xəbər verir ki, dəyişikliyə görə, Agentlik, dövlət orqanları (qurumları) tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini də təmin etdəcək.
Əvvəlki redaksiyada Agentliyin vəzifələri və hüquqlarından biri olaraq qeyd edilirdi:
-sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan sənədlər, vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.), biliklərin və resursların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” bölməsinin və “Elektron sahibkar” sisteminin yaradılmasını, elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək.
Dəyişiklikdən sonra:
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” altsistemlərinin yaradılmasını, dövlət orqanları (qurumları) tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etmək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























