Saloğlu bu il üçün hədəflədiyi 25 mağazadan 13-cüsünü istifadəyə verdi
Hədəf 2022-ci ilin sonunadək ölkədə Saloğlunun 50 diler mağazasının açılmasıdır!Saloğlu şirkətinin növbəti diler mağazası Masallı şəhərində açılıb.
Şirkətin yaydığı məlumata görə, mağaza öz konsept dizaynı, modern mebelləri və yüksək səviyyədə təşkil olunmuş xidməti ilə zövqlər oxşamaqdadır. Saloğlu mebelin bütün növ yataq, qonaq, yumşaq mebelləri mağazada tam fərqli üslubda sərgilənməkdədir. Mağazada olarkən sizin üçün yaradılmış öz evinizdəymiş kimi hiss edəcəyiniz bir mühitdə zövqünüzə uyğun mebelərə sahib ola biləcəksiniz.
Saloğlu fabrikinin satış direktoru Elşən Bayramlı öz müsahibəsində bildirib:
“2000-ci ildən bu günədək qısa müddətdə sürətli və peşəkar inkişaf yolu ilə irəliləməkdəyik. Sayca 13-cü diler mağazamızı Masallı sakinlərinin xidmətinə veririk. İl sonunadək 25 mağaza fəaliyyətdə olacaq. Digər bölgələrdə də diler mağazalarımızın rəsmi açılışları yaxın günlərə planlaşdırılıb artıq. Şirkətimizin bu inkişafı ölkə iqtisadiyyatı və bir sıra sahələrə öz müsbət təsirini verəcəkdir.
Hər açılan diler mağazası əhalinin mebel ehtiyacını ödəməklə yanaşı azı 10-15 yeni iş yerinin açılması deməkdir.
Hədəfimiz 2022-ci ilin sonunadək ölkədə Saloğlunun 50 diler mağazasının açılması, daxili bazarla yanaşı brendimizi Avropa bazarı və MDB məkanında da əlçatan etməkdir".
Ətraflı məlumat üçün: +994 55 525-85-00
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
-
9 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
54 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Ən çox oxunanlar
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
















.jpg)






