Trendyol yeni sərmayə cəlb etdi, dəyəri 16,5 milyard dollar oldu
Trendyol yeni turda 1,5 milyard dollarlıq sərmayə alıb, şirkətin dəyəri 16,5 milyard dollara yüksəlib.Türkiyənin Trendyol şirkəti 1,5 milyard dollarlıq yeni sərmayə cəlb edib. Marja xəbər verir ki, yeni sərmayə ilə şirkətin dəyəri 16,5 milyard dollara çatıb.
Yeni investisiya ABŞ-ın sərmayə fondu "General Atlantic", dünyanın ən böyük texnologiya şirkətlərinə sərmayə qoyan Yaponiya qurumu "SoftBank Vision Fund 2", Almaniyanın "Princeville Capital" şikəti, ADQ (Birləşmiş Ərəb Əmirlikləri) və Qatar Sərmayə Agentliyi (QIA) tərəfindən yatırılıb.
Trendyol, 10 milyard dollar dəyəri aşan ilk Türkiyə texnologiya şirkəti olub.
Trendyol-un əsas sərmayəçisi Alibaba da bu ilin əvvəlində şirkətə 350 milyon dollar əlavə sərmayə yatırmışdı.
Trendyol.com, mərkəzi ofisi İstanbulda yerləşən elektron ticarət platformasıdır.
Trendyol-un qurucusu Demet Mutlu mövzu ilə əlaqədar açıqlamasında deyib: "Ölkəmizə son dövrdəki ən yüksək beynəlxalq sərmayəni gətirməyimiz bizim üçün bir qürur mənbəyidir. Trendyol-un Türkiyədən çıxan ilk "decacorn" olması da (dəyəri 10 milyard dollara çatan şirkət - red) sektorumuzun beynəlxalq arenadakı mövqeyini gücləndirəcək. Bu sərmayə Türkiyənin rəqəmsal ekosisteminə beynəlxalq marağı daha da artıracaq və sektorumuzun inkişafına ciddi təkan verəcəkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















