Dövlət mətbuatı video oyunlara “mənəvi tiryək” dedi, iri şirkətlər dəyər itirdi
Bu, hökumətin xeyli müddətdir nəhənglərə qarşı açdığı savaşın yeni mərhələsidir...Dünyanın ən iri investisiya və innovasiya holdinqlərindən biri, Asiyanın ən dəyərli şrikəti və Çinin texnologiya nəhəngi Tencent-in səhmləri 10%-dən çox ucuzlaşıb.
Marja xəbər verir ki, əsas dövlətin nəzarətində olan media qurumlarının iri texnoloji şirkətlərə qarşı müxtəlif iddialar səsləndirməsidir.
Xüsusən, dövlət mülkiyyətində olan Xinhua agentliyinə məxsus Economic Information Daily qəzeti “video-oyunların milyardlarla dollar dəyəri olan mənəvi tiryəkə çevrildiyini” yazıb.
Çinin video-oyunlar sektorunun ən böyük hissəsi Tencent-ə məxsusdur və təkcə bu ilin 1-ci rübündə həmin sektorun gəlirləri (6 milyard dollar) Tencent-in ümumi qazancının 30%-ni təşkil edib. 2020-ci ildə Çinin video-oyun bazarının həcmi 43 milyard dollardan çox olub.
Xatırladaq ki, Tencent Çin hökumətinin yeni iqtisadi siyasəti və səhm satışlarına dair tətbiq etdiyi qaydalar səbəbindən təkcə iyul ayında bazar dəyərinin 170 milyard dollara yaxınını itirib. Son aylarda iri Çin şirkətləri hökumətin aqressiv siyasətindən ciddi əziyyət çəkir. Növbəti iri sektor dəyəri 100 milyard dollar təşkil edən özəl təlim-təhsil bazarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















