Aqrar Sığorta Fondu fermerləri sığorta üçün dəqiq məlumatlar verməyə çağırıb
Aqrar Sığorta Fondu ölkədəki fermerlərə və aqrar sahədə fəaliyyət göstərən iş adamlarına müraciət edib. Fond fermerləri və sahibkarları təsərrüfatlarını sığorta edərkən məhsuldarlıq, qiymət, eləcə də əldə ediləcək gəlir gözləntiləri ilə bağlı fonda dəqiq məlumatlar verməyə çağırıb.
Fond bildirir ki, təsərrüfatlar, xüsusilə də əkin sahələri sığortalanarkən fermerlərin tədim etdiyi məlumatlar - məhsuldarlıq, məhsulun qiyməti və əldə ediləcək (gözlənilən) ümumi gəlir əsas götürülür. Fermerin ödəyəcəyi sığorta haqqı da həmin məbləğə əsasən hesablanır.
Bununla yanaşı, fermer və sahibkarlar nəzərə almalıdırlar ki, gələcəkdə sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin hesabalanması zamanı da fermerin müqavilədə göstərdiyi məbləğlər əsas götürüləcək. “Bəzi fermerlər təsərrüfatlarını sığorta edərkən daha aşağı sığorta haqqı ödəmək məqsədilə əkin sahəsindən məhsuldarlığı və gözlədiyi gəlirin məbləğini daha aşağı göstərməyə cəhd edirlər. Sığorta müqaviləsi bu rəqəmlər əsasında imzalana bilər. Amma hadisə baş verərkən sığorta ödənişi hesablananda da bu rəqəmlər nəzərə alınacaq və onda ödənişin məbləği də reallıqdan daha aşağı ola bilər”, - deyə fonddan bildirilib.
Fond fermerləri bu məqamı nəzərə almağa və sığortalanan zaman daha real məlumatlar təqdim etməyə çağırır: “Aqrar sığorta - dövlətin kənd təsərrüfatı və bu sahədə çalışan fermer və sahibkarlara dəstək üçün yaratdığı mühüm mexanizmidir. Sığortanın məqsədi fermerlərin təsərrüfatlarını və gəlirlərini qorumaq, hadisə baş verərsə onların zərərini ödəyərək davamlı fəaliyyətlərinə dəstək olmaqdır. Bunun üçün isə fermerləri fonda dəqiq məlumatlar verməyə dəvət edirik”.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi 2020-ci ilin noyabrından fəaliyyətə başlayıb. Aqrar sığorta vasitəsilə 14 növ bitki, südlük inəklər və balıqçılıq təsərrüfatları sığortalanır. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 13 min hektar əkin sahəsi və 2500-dən artıq iribuynuzlu mal-qara sığortalanıb. 2021-ci ilin iyun ayından etibarən aqrar sığorta üzrə sığorta ödənişlərinə də başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























