11 mindən çox restoranı idarə şirkətin mənfəəti iki dəfə artaraq 411 milyon dollara çatıb
Çindəki Amerika "fast-food" şəbəkələrinin operatoru olan "Yum China" şirkəti, bu ilin ilk yarısında xalis mənfəətinin iki dəfə artıraraq 411 milyon dollara yüksəldiyini (illik nisbətdə 112% artım) açıqlayıb. Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı Honq Konq Fond Birjasında yayımlanan maliyyə hesabatında deyilir.
Xüsusilə ikinci rübdə bu rəqəm 37% artaraq 181 milyon dollar təşkil edib.
Hesabatda, "Çinin cənubunda koronavirus infeksiyasının delta variantının yayılmasına və ikinci rübdəki bərpa tempinin bir qədər pozulmasına baxmayaraq, satışlar və əməliyyat mənfəətində sabit artıma nail olduq" deyilir.
Hesabatda qeyd olunur ki, son rübdə şirkət ölkədə 404 yeni restoran açıb.
Mərkəzi ofisi Şanxayda yerləşən "Yum China", Amerika nəhəngi "Yum"un keçmiş qoludur. Şirkət Çində KFC, Pizza Hut və Taco Bell kimi markaların operatorudur. Hal hazırda şirkət Çində 11 mindən çox restoranı idarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















