Azərbaycanda 4-cü böyük bank maliyyə göstəricilərini açıqladı
Koronavirus pandemiyası ilə əlaqədar olaraq iqtisadi aktivliyin azalmasına baxmayaraq “Xalq Bank” gəlirliliyini qoruyub.Aktivlərinin həcminə görə Azərbaycanda 4-cü böyük bank olan “Xalq Bank” 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 5 milyon 819 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 17 milyon 179 min manat xalis mənfəət ilə bağlamışdı.
6 AYDA 50 MİLYON MANATDN ÇOX CƏMİ GƏLİR
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə “Xalq Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 52 milyon 833 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 35 milyon 932 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 16 milyon 901 min manat təşkil edib. Bank uçotdakı dəyişikliklər ilə əlaqədar 53 min manat da gəlir əldə edib. Bankın əməliyyat mənfəətindən 8 milyon 192 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırma edilib və 2 milyon 942 min manat mənfəət vergisi ödənilib. Beləliklə, “Xalq Bank” 2021-ci ilin 1-ci yarısını 5 milyon 819 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə “Xalq Bank”ın cəmi əməliyyat gəlirləri 69 milyon 13 min manat, əməliyyat xərcləri 37 milyon 877 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 31 milyon 136 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 9 milyon 967 min manat ayırma etdiyindən və 4 milyon 3 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 17 milyon 179 min manat xalis mənfəət ilə bağlamışdı.
AKTİVLƏRİ 2 MİLYARD MANATDAN ÇOXDUR
30 İyun 2021-ci il tarixində “Xalq Bank” 2 milyard 222 milyon 172 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 1 milyard 405 milyon 348 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2020-ci ilin sonunda “Xalq Bank” 2 milyard 353 milyon 90 min manat cəmi aktivlərə malik idi və aktivlərin 1 milyard 475 milyon 123 min min maantını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.
30 İyun 2021-ci il tarixində "Xalq Bank"ın cəmi öhdəlikləri 1 milyard 785 milyon 357 min manat (ötən ilin sonunda 1 milyard 916 milyon 302 min manat idi), o cümlədən depozitlər 1 milyard 444 milyon 935 min manat (ötən ilin sonunda 1 milyard 590 milyon 491 min manat idi) təşkil edib.
30 İyun 2021-ci il tarixində "Xalq Bank" 427 milyon 743 min manat məcmu kapitala malik olub. Bank ötən ilin eyni tarixində 426 milyon 799 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























