"Premium Bank”ın xalis mənfəəti artıb - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
"Premium Bank” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 8 milyon 225 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur. Belə ki, "Premium Bank” 2020-ci ilin 1-ci yarısını 7 milyon 600 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin böyük hissəsi ehtiyatdan azad olmuş vəsaitin hesabınadır. Bankın əməliyyat mənfəəti kəskin azalıb.
GƏLİRLƏRİ AZALIB
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər veri ki, 2021-ci ilin ilk 6 ayında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 22 milyon 874 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 22 milyon 383 min manat təşkil edib, gəlirlər xərcləri üstələdiyindən Bankın 491 min manat əməliyyat mənfəəti yaranıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 7 milyon 734 min manat hesabına mənfəət 8 milyon 225 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk 6 ayında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 25 milyon 198 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 702 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 496 min manat təşkil etmişdi. Eyni zamanda Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 5 milyon 104 min manat hesabına mənfəət 7 milyon 600 min manata yüksəlmişdi.
AKTİVLƏRİ ARTIB
2021-ci ilin 6 ayında "Premium Bank” ın cəmi aktivləri 12 milyon 789 min manat artaraq 30 İyun 2021-ci il tarixində 666 milyon 88 min manata çatıb. Aktivlərin artması nağd pul vəsaitlərinin artması ilə əlaqədardır.
İlk 6 ayda Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 45 milyon 620 min manat azalaraq 524 milyon 483 min manata düşüb. Bankın biznes kreditləri portfeli 45 milyon 99 min manat azalaraq 494 milyon 400 min manata geriləyib.
30 İyun 2021-ci il tarixində "Premium Bank"da depozitlər 437 milyon 952 min manat təşkil edib, bu da ötən ilin sonu ilə müqayisədə 6 milyon 834 min manat çoxdur. Artım fiziki şəxslərin depozitlərinin artmasının hesabınadır. Belə ki, hüquqi şəxslərin depozitləri 29 milyon 636 min manat azalaraq 81 milyon 959 min manata düşüb, fiziki şəxslərin depozitləri isə 36 milyon 470 min manat artaraq 355 milyon 993 min manata yüksəlib.
30 İyun 2021-ci il tarixində "Premium Bank" 181 milyon 145 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 17milyon 917 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın artması xalis mənfəətin hesabınadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























