“Turanbank” mənfəət ilə işləyib - BANKIN MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
“Turanbank” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 185 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə “Turanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri ) 21 milyon 759 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 21 milyon 261 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 498 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 312 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk 6 ayı 185 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar - iyun dövründə “Turanbank”ın cəmi əməliyyat gəlirləri 10 milyon 251 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 657 min manat, əməliyyat mənfəəti 594 min manat təşkil etmişdi. O cümlədən, ehtiyatdan azad olmuş 51 min manat mənfəətə əlavə edildiyindən Bank həmin dövrü 645 min manat xalis mənfəət ilə bağlamışdı.
Gəlirlər ilə bərabər cəmi xərclərin artmasının səbəbləri faiz xərclərinin, əmək haqqı xərclərinin, ümumi və inzibati xərclərin artmasıdır.
AKTİVLƏRİ 600 MİLYON MANATI KEÇİB
2020-ci ilin sonu ilə müqayisədə ilk 6 ayda "Turanbank"ın cəmi aktivləri 51 milyon 217 min manat aratraq 602 milyon 953 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 22 milyon 24 min manat artaraq 373 milyon 263 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2021-ci il tarixində "Turanbank" 87 milyon 658 min manat məcmu kapitala malik olub, bu da Mərkəzi Bankın minimal tələbindən (50 milyon manat) çoxdur. Bank ötən ilin sonunda 82 milyon 215 min manat məcmu kapitala malik idi. 2021-ci ilin ötən dövründə Bankın səhmdarları nizamnamə kapitalını 5 milyon manat artıraraq 80 miylon 5 min manata yüksəldiblər.
İlk yarımilin sonunda "Turanbank"da I dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8%, məcmu kapitalının adekvatlıq əmsalı 23,1% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq 5% və 10%) əhəmiyyətli dərəcədə yüksək olub.
ƏHALİNİN BANKDA ƏMANƏTLƏRİ ARTIB
İlk 6 ayda "Turanbank"da cəmi depozitlər 17 milyon 225 min manat artaraq 297 milyon 457 min manata, o cümlədən fiziki şəxslərin (əhalinin) depozitləri 8 milyon 345 min manat artaraq 222 miylon 242 min manata, hüquqi şəxslərin (şirkətlərin) depozitləri 8 milyon 880 min manat artaraq 75 milyon 215 milyon manata çatıb. Qeyd edək ki, "Turanbank" ən sərfəli şərtlər ilə əmanət qəbul edən banklardan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























