Dünyanın ən az sevilən əmtəəsi 80% bahalaşıb
Son 10 ilin ən yüksək həddinə çatan qiymətlərlə siyahıda birincidir...Uzun müddət əsas yanacaq və enerji mənbəyi olan, lakin həddən artıq zərərli təsirlərinə görə ən az üstünlük verilən əmtəə - daş kömür bu ilin əvvəlindən rekord həddə - 80% bahalaşıb.
Marja xəbər verir ki, hazırda elektrik enerjisi istehsaında ən çox istifadə olunan Avstraliya kömürünün 1 tonu 146 dollardan satılır. Bu isə son 10 ilin ən yüksək göstəricisidir.
Ötən həftə əmtəə qiymətləri üzrə təhlilçi Argus şirkətinin məlumatlarına görə, Cənubi Afrikada istehsal olunan daş kömür də 44% bahalaşaraq, son 10 ildə ən yüksək qiymətə çatıb. Bununla da kömür bu ilin ən yaxşı nəticə əldə edən aktivinə çevrilib. Müqayisə üçün bildirək ki, sonrakı yerlərdə Brent nefti (44% artım), qlobal daşınmaz əmlak bazarı (28% artım) və texnoloji şirkətlərin səhmləri (25%) gəlir.
Qiymət artımının bu dərəcədə yüksək olmasının əsas səbəbləri Çində daş kömürə tələbatın sürətlə artması, həmçinin təbii qaz qiymətlərinin bahalaşmasına görə Avropa və Yaponiyada bir çox iri komunal xidmət şirkətlərinin kömürə keçməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















