OPEC+: Ziddiyyətlər həll olunmayıb
OPEC+ formatının bu yaxınlarda keçirilmiş yüksək səviyyəli görüşləri zamanı Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ortaya çıxan, hasilatın artmasına dair razılaşmanı əngəlləyən ziddiyyətlər həll olunmamış qalır.
“Reuters” xəbər verir ki, bəzi mənbələrə görə Rusiya hər iki tərəfi danışıqlar masasına qaytarmaq üçün səy göstərsə də, bu həftə tərəflər arasında görüş gözlənilmir.
Xatırladaq ki, tərəflər arasında OPEC+ çərçivəsində hasilatın ixtisarı şərtlərinin yumşalmasına dair razılaşmanın 2022-ci ilin dekabr ayınadək uzadılmasına dair yaranan mübahisə üzündən cari ilin avqust – dekabr dövründə neft hasilatını və ixracatını artırmaqla bağlı saziş imzalamaq mümkün olomayıb. Nəticədə 2018-ci ildən bu yana ən yüksək həddə çatmış neft qiymətlərinin artımı davam etdi.
Dünən Səudiyyə Ərəbistanı ilə Oman birgə bəyanatda OPEC+ çərçivəsindəki əməkdaşlığa davam etməyə çağırıblar.
Xatırladaq ki, ötən il mart ayında pandemiyanın başlaması ilə dünya neft bazarı çökdüyünə görə OPEC+ çərçivəsində gündəlik hasilatı may ayında 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel (dünya hasilatının 10 %-inə yaxın) azaltmaq barədə razılığa gəlinmişdi. Həmin ixtisarın həcmi tədricən azalaraq hazırda 5,8 milyon barelə yaxındır.
Qeyd edək ki, bu gün səhər keçirilən hərraclarda “Brent” markalı neftin sentyabr fyüçersləri 0,19 % bahalaşaraq 75,3 ABŞ dollara, “WTI” markalı neftin avqust fyüçersləri də 0,23 % bahalaşaraq 74,27 ABŞ dollara satılıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























