Dövlət Xidməti ötən il 62 milyon manatadək gəlir əldə edib
2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 61 milyon 576 min manat gəlir əldə edib.
Bunun 59,1 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayrılıb.
Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 2,2 milyon manat, sair əməliyyat gəlirləri 277 min manat təşkil edib.
Ötən il qurumun xərcləri isə 44 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 10,7 milyon manat, sərf edilmiş materialların dəyəri 239 min manat, amortizasiya xərcləri 2 milyon 641 min manat, sair əməliyyat xərcləri isə 30 milyon 482 min manat olub.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xərcləri gəlirlərini üstələyib
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xərcləri gəlirlərini üstələyib
2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 milyon 429 min manat gəlir əldə edib.
Bunun hamısı birja əməliyyatlarından əldə edib.
Ötən il qurumun xərcləri isə 1 milyon 566 min manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 1 milyon 134 min manat, sərf edilmiş materialların dəyəri 34 min manat, amortizasiya xərcləri 122 min manat, sair əməliyyat xərcləri isə 276 min manat olub.
Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi 2,3 milyon manat gəlir əldə edib
2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC 2 milyon 292 min manat gəlir əldə edib.
Bunun 2 milyon 289 min manatı əsas əməliyyat gəlirləri, 2,5 min manatı isə sair əməliyyat gəlirləri təşkil edib.
Ötən il şirkətin xərcləri isə 2 milyon 199 min manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 17 min manat, işçi heyəti üzrə xərclər 1 milyon 575 min manat, amortizasiya xərcləri 15 min manat, digər əməliyyat xərcləri 591 min manat olub.
Dövlət Agentliyi ötən il büdcə hesabına yaşayıb
2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi 886,7 min manat gəlir əldə edib.
Bunun hamısı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayrılıb.
Ötən il Agentliyin xərcləri isə 906 min manat, o cümlədən əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 836 min manat, sərf edilmiş materialların dəyəri 26 min manat, amortizasiya xərcləri 20 min manat, sair əməliyyat xərcləri 24 min manat olub.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)
.jpg)










.jpg)

