ABŞ OPEC + danışıqlarını yaxından izləyir - "Neft qiymətləri ölkəmizdə benzinin qiymətlərinə təsir göstərir"
"Amerika Birləşmiş Ştatları OPEC + danışıqlarını yaxından izləyir və son günlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər neft istehsal edən ölkələrlə əlaqə qurur".
Marja xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə Ağ Evin mətbuat katibi Jen Psaki söyləyib.
"Biz OPEC + danışıqlarını və koronavirus pandemiyasından sonra qlobal iqtisadi dirçəlişə təsirlərini yaxından izləyirik", - Psaki deyib
“Biz bu danışıqlarda tərəf deyilik, lakin həftə sonu və bu həftə Səudiyyə Ərəbistanı, BƏƏ və digər müvafiq tərəfdaşlardan olan nümayəndələrlə bir sıra yüksək səviyyəli təmaslarımız oldu. OPEC üzvlərinin razılığa gəlməyə davam edən danışıqları bizi ruhlandırır", -deyib.
“Əlbətdə ki, biz ölkəmizdə benzinin qiymətlərini daim izləyirik və bilirik ki, dünyada neft qiymətləri buna birbaşa təsir göstərir”, - ABŞ prezidentinin sözçüsü də vurğulayıb.
OPEC + neft istehsal edən ölkələrin iyul danışıqları ittifaq tarixində ən uzun müddət davam edən danışıqlar oldu. Beş gün ərzində nazirlər müqavilənin parametrləri və 2022-ci ilin aprelində bitdikdən sonra uzadılması şərtləri barədə razılığa gələ bilməyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 d. əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















