Pentaqon, Tramp dövründə Microsoft-un qazandığı tenderi ləğv etdi
Səbəb Amazonun şikayətidir.ABŞ Müdafiə Nazirliyi (qeyri-rəsmi adı ilə Pentaqon) son illərdə İT sahəsində ən iri sifarişlərindən olan 10 milyard dollarlıq bulud texnologiyaları (cloud) tenderini ləğv edib.
Marja xəbər verir ki, Joint Enterprise Defense Infrastructure (qısaca JEDI) adlanan proqram Pentaqonun İT əməliyyatlarının növbəti 10 il ərzində müasirləşdirilməsi və təkmilləşdirilməsini nəzərdə tuturdu.
HƏMÇİNİN OXU:“Microsoft” Pentaqon üçün 22 milyard dollarlıq iş görəcək
2019-cu ildə Microsoft tenderdə qalib gəlsə də, əsas rəqib olan Amazon şirkəti nəticələrlə razılaşmayaraq, məhkəməyə müraciət etmişdi. Şirkət iddia edirdi ki, keçmiş ABŞ prezident Donald Tramp Amazonun rəhbər Ceff Bezosa münasibətinə görə onların tenderdə qalib gəlməsinə imkan verməmiş və müqaviləni Microsofta vermək üçün Müdafiə Nazirliyinə təzyiq etmişdi.
Pentaqon açıqlamasında yeni tender keçiriləcəyini, Amazon və Microsoftun, eləcə də bu sahədə təcrübəyə malik digər şirkətlərin də iştirak etməkdə sərbəst olduğunu bildirib.
Həmçinin oxu
10 milyard dollarlıq tenderi Microsoft qazanıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 d. əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















