Qərbi Texas neftinin qiyməti 7 ilin ən yüksək səviyyəsində
OPEC+un Avqustda istehsalı artırmaq üçün razılaşa bilməməsindən sonra neft qiymətləri yüksəlir.
Marja xəbər verir ki, Qərbi Texas nefti 2%-dən çox bahalaşaraq barelinin qiyməti 76,93 dollara çatıb. Bu, son 7 ildə ən yüksək qiymətdir.
OPEC+un hazırkı istehsal məhdudiyyətləri danışıqlar yenidən başlamadığı müddətdə etibarlı olacaq.
Bu gün Brent neftinin qiyməti 77,82 dolları görüb.
Bir çox OPEC+ üzvü Avqust ayından etibarən hasilatın gündəlik 400 min barel artırılması barədə razılaşmışdı, amma Birləşmiş Ərəb Əmrlikləri istehsal kvotalarının hesablamasında istifadə edilən üsulun dəyişdirilməsini və gündəlik əlavə 700 min barel neft hasil etmək istəyir. Digər müttəfiqlər isə Birləşmiş Ərəb Əmrliklərinin istəyilə razılaşmır.
OPEC+ daha əvvəl Maydan İyul ayına qədər istehsalın gündəlik 2 milyon barel artırılmasına qərar vermişdi.
BRENT NEFTİ ÜÇÜN 80 DOLLAR PROQNOZU
İsveçrənin investisiya bankı və maliyyə xidmətlər şirkəti UBS-in analitiki Giovanni Staunovo OPEC+dan istehsalın artırılması barədə qərar olmadığı təqdirdə Brent neftin Sentyabr ayında 80 dollara yüksələ biləcəyini söyləyib.
"ING Group"dan Warren Patterson isə, "Nəzəriyyədə koalisiya istehsalı artırmazsa bu bazarlar üçün dəstəkləyici olar. Amma üzvlərin istehsalı artırmayacaqları ehtimalının çox yüksək olduğunu hesab etmirəm", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 d. əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















