“Kitab Ofisait” hədiyyə kitabları şagirdlərə təqdim etdi - "İNCİ"DƏN TƏHSİLƏ DƏSTƏK
Yeni istifadəyə verilmiş “Kitab Ofisait” mağazası “1 kitab 1 həyat" layihəsi çərçivəsində ilk dəfə hədiyyə kitabları ehtiyacı olanlara çatdırıb.
Şirkətdən Marja-ya verilən məlumata görə, kitablar Neftçala rayonu Aşağı Surra kənd məktəbinin 4c sinif şagirdlərinə təqdim edilib.
"Ofisait" mağazalar şəbəkəsinin sahibi olan "İNCİ" şirkətlər qrupu bu layihəsi ilə də təhsilimizə dəstək verir. Belə ki, “Kitab Ofisait” mağazasında “1 kitab 1 həyat" qutusu yerləşdirilib. Alıcıların bu qutuya atdığı kitablar kənd məktəblilərinə çatdırılır. Hər bir şəxs “Kitab Ofisait”dan aldığı və ya evindən gətirdiyi kitabı bu qutuya ata bilər. Qutuya atılan hər bir kitaba görə 1 ktab da “Kitab Ofisait” tərəfindən əlavə edilir.
Eyni zamanda, "İNCİ" şirkətlər qrupuna daxil olan "İZƏ" nəşiriyyatı da şagirdlərə hədiyyələrini təqdim edib.
Surra kənd məktəbinin şagirdləri və müəllimləri "İNCİ" ailəsinə və rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























