Duzun istehsal və satışını artırmaq məqsədilə yeni müəssisə qurulur
Naxçıvanın şəhər kimi formalaşmasında Duzdağın böyük əhəmiyyəti olmuşdur. Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə çıxarılması təcrübəsi Naxçıvandan götürülüb. 1917-ci ildə Duzdağda əsaslı istismar işlərinə, 1927-ci ildə isə ilk dəfə sənaye üsulu ilə duz çıxarılmasına başlanılıb.
Marja xəbər verir ki, 2021-ci ilin iyunun 9-da - Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxtanın istifadəyə verilməsi nəinki Naxçıvan, bütün ölkəmiz üçün əlamətdar hadisə olub. Qeyd edək ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. 15 milyon ton ehtiyatı olan yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra birnövbəli iş rejimində müəssisənin (“Naxçıvan Duz İstehsalı” MMC) illik istehsal gücü 15 min ton olacaq.
Yeni şaxta mədən işçilərinin əməyini xeyli yüngülləşdirib. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya bilir. Şaxtaçılar çalışırlar ki, mövcud duz ehtiyatından səmərəli istifadə edilsin. Mədən işlərində və istehsal prosesində itkinin minimum həddə saxlanılmasına ciddi önəm verilir. Şaxtada iş prosesi belədir: Əvvəlcə yataqlarda qazma işləri görülür. Daha sonra mədəndə partlayış işləri aparılır. Partlayışdan əmələ gələn duz parçaları çeşidlənərək istehsal sahəsinə verilir. Duz üyüdüldükdən sonra müxtəlif ölçülərdə nəfis paketlərdə satılır.
Duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. Hazırda müəssisədə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə daha keyfiyyətlə istehsal olunaraq nəfis paketlərlə dünya mətbəxinə çıxarılacaq.
15 milyon ton ehtiyatı olan yeni duz şaxtasının açılması müəssisənin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal edilməsinə və məhsullarımızın ixrac potensialının artırılmasına imkan verəcəkdir.
Qeyd edək ki, hazırda “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində il ərzində 6-8 min ton duz istehsal olunur. Əgər 2010-cu ilədək müəssisədə cəmi 8 çeşiddə məhsul istehsal edilirdisə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayı 18-ə çatdırılmışdır.
1 NÖMRƏLİ ŞAXTADA İSTEHSAL TƏHLÜKƏLİ OLUB
Ötən dövr ərzində “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli şaxtasında aparılan araşdırma zamanı yeraltı avadanlıqların uzun müddət istismar olunduğu, təmir-bərpa xərclərinin hər il artdığı, mağaradan istifadənin iqtisadi cəhətdən səmərəli olmadığı və şaxtanın istismar müddətinin təhlükəliliyi nəzərə alınaraq 1 nömrəli şaxtanın istismarı dayandırılmışdır. Şaxtanın istismarı dayandırıldıqdan sonra daşduz qazma işləri yerüstü istismar üsulu ilə həyata keçirilmişdir.
1 nömrəli şaxtanın istismar müddəti 2017-ci ildə başa çatdığı üçün həm də artan tələbat nəzərə alınaraq 2018-ci ildə Duzdağda kəşfiyyat quyuları qazılmış, 133 metr dərinlikdəki 1 saylı quyuda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 2 saylı quyuda 6,5 metr qalınlığında daşduz layı kəsilmişdir.
Muxtar respublika ərazisində yerləşən Duzdağda 15 milyon ton duz ehtiyatı olan yeni şaxtanın tikintisinə 2019-cu ilin sonundan başlanılmışdır. Şaxta içəridə eni 5,5 metr, hündürlüyü 4,7 metr olmaqla, tam standartlara uyğun texnoloji vasitələrlə inşa edilmişdir. Tunelin sonunda sağ və sol istiqamətlərdə 40 metr qazma işləri aparılmış, burada 2 metr eni, 73 metr hündürlüyündə havalandırma sistemi quraşdırılmışdır ki, bu da içəridə yarana biləcək tozun çölə sorulmasına imkan verəcək, həmçinin duzun nəm çəkməsinin qarşısını alacaq. Şaxtada tektonik hərəkətlər zamanı hər hansı xoşagəlməz halların qarşısını almaq üçün müxtəlifölçülü qəliblər də quraşdırılmışdır. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya biləcək ki, bu həm vaxt itkisinin qarşısını alacaq, həm də mədən işçilərinin əməyini xeyli yüngülləşdirəcək.
Ərazidə tikintisi davam etdirilən yeni duz istehsalı müəssisəsindən şaxtayadək 3 kilometr uzunluğunda yol, 3,6 kilometr uzunluğunda elektrik xətti çəkilmiş, tunelin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 500 kva gücündə transformator quraşdırılmışdır. Yeni şaxtadan götürülmüş daşduzun analizi nəticəsində natrium xloridin miqdarının 97 faiz təşkil etdiyi müəyyən edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
25 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
41 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)








.jpg)






