Ali Məhkəmədən “Azprof” ilə əlaqədar yaranmış mübahisə ilə bağlı yazılara münasibət!
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mətbuat xidməti bəzi kütləvi informasiya vasitələrində “Azprof” MMC ilə əlaqədar yaranmış mübahisə ilə bağlı dərc edilmiş yazılara münasibət bildirərək təəssüflə qeyd edir ki, bəzi media nümayəndələrinin dövriyyəyə buraxdıqları məlumatlar həqiqəti əks etdirmir.
Ali Məhkəmədən Marja-ya daxil olmuş məlumatda deyilir:
Belə ki, iddiaçılar Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlunun cavabdehlər Hacı Reza Əkbər oğluna, Qasımova Tamilla Cavanşir qızına, üçüncü şəxslər Bakı şəhəri 26 saylı notariat kontoruna və “Azprof” MMC-nin direktoru Məmmədov İdris Əsəd oğluna qarşı payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2018-ci il 22 fevral tarixli qətnaməsi ilə iddiaçılar Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlunun xeyrinə yekunlaşmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2018-ci il 22 fevral tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 10 iyul tarixli qətnaməsi ilə və sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2020-ci il 10 yanvar tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 01 dekabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 10 yanvar tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş və işə həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Ali Məhkəmədə yeni hallar üzrə baxılması qərara alınmışdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 431-4.2.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 30 aprel tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il 10 yanvar tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 10 iyul tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda işə apellyasiya məhkəməsində baxılır.
"Ali Məhkəmə təəssüflə qeyd edir ki, bu tipli yazıların dərc edilməsi ədalət mühakiməsinin nüfuzuna xələl gətirir, hakimlərə və məhkəmə hakimiyyətinə qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmasına xidmət edir",- məlumatda deyilir.
Qeyd edək ki, İran vətəndaşı Hacı Reza Əkbər iddia edib ki, Ali Məhkəmənin hakimi Xəqani Məmmədovun Azərbaycanda plastik və alüminium məhsullar istehsal edən böyük şirkətlərdən biri “AZPROF” MMC-nin səhmlərini yaxın adamının adına keçirib. O, “Tulu Fəcr Tehran Limited” şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsidir və bu şirkət “AZPROF” MMC-nin 50 faiz payına malikdir. "Amma biz 50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik",- Hacı Reza Əkbər iddia edib.
Həmçinin oxu
“50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik”Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
- 57 d. əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Ən çox oxunanlar
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir








.png)














