Ərdoğan-Bayden görüşündən əvvəl Türk Lirəsi güclənir
Türk lirəsi açıqlanan yeni "swap" razılaşması ilə əlaqədar olaraq Əərdoğan-Bayden görüşü əvvəlində dollara qarşı güclənir.
Marja xəbər verir ki, Türk lirəsi (TL), keçən həftə dollar qarşısında ən çox dəyər qazanan pul vahidi olub, bu həftəyə də dəyər qazanmaqla başlayıb.
Keçən həftə cümə axşamı gününə qədər 8,60 ətrafında hərəkət edən dollar/TL məzənnəsi, açıqlanan ABŞ inflyasiya məlumatından sonra geriləyərək həftəni 8,39 ətrafında bağlamışdı.
Dollar/Tl məzənnəsi bu gün 8,31-ə qədər düşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mərkəzi Bankının ehtiyatlarının vəziyyəti və milli valyutalar ilə ticarət mövzusunda suallara verdiyi cavabında, Mərkəzi Bankın valyuta ehtiyatının 100 milyard dollar səviyyəsinə çatdığını söyləyib.
Ölkələrin öz milli valyutaları ilə ticarətlərinin, Mərkəzi banklar arasında edilən və "swap" adı verilən pul mübadiləsi razılaşmaları ilə reallaşdığını qeyd edən Ərdoğan, bunları qeyd edib:
"Bu çərçivədə yaxın zamanda ən böyük ticarət ortaqlarımızdan biri olan Çinlə çox əhəmiyyətli bir müqavilə bağladıq. Daha əvvəl Çinlə 2,4 milyard dollarlıq bir "swap" razılaşmamız onsuz da vardı. İndi bu rəqəmi 3,6 milyard dollarlıq yeni bir "swap" razılaşması ilə cəmi 6 milyard dollara çıxarmış olduq".
14 İyunda keçiriləcək NATO liderlər zirvəsinin gündəmində ABŞ Prezidenti Co BAyden və Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğanın keçirəcəyi görüş də var. Görüşdə S-400 məsələsinin və regional məsələlərin masada olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 17 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















