Maliyyə bazarlarında son vəziyyət - 14.06.2021
EUR
Amerika Mərkəzi Bankının (FED) siyasətini sərtləşdirməyə başlaya biləcəyi proqnozları EUR/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Hazırda 1.21$-a ticarət edilən avronun qiyməti, beləliklə, 1.20$-a kimi də düşə bilər.
FED-in yeni açıqlamaları isə çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da faiz qərarının dərc edilməsindən yarımsaat sonra olacaqdır.
GBP
GBPUSD məzənnəsi də dollar indeksindən asılı olaraq 1.41$-a ticarət edilir və 1.40$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, Şimali İrlandiya ilə sərhəd mövuzunda İngiltərə ilə AB arasında mübahisələrin həllinə dair danışıqlar da investorların diqqət mərkəzindədir.
TRY
TCMB-nin cümə axşamı saat 15:00-da yayımlanacaq faiz qərarı öncəsi lirədə bahalaşma müşahidə edilir. Təhlllərə əsasən, bankın qərarına kimi USDTRY məzənnəsinin 8.30 - 8.50TL aralığında dalğalanacağı ehtimal edilir.
OIL
Amerikada neft ehtiyatlarının azalması xəbərlərindən sonra Brentin qiyməti bahalaşmaqda davam edir. Hazırda 73$-ın üzərində ticarət edilən bir barel qiymət, 78$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
FED-in mümkün qərarına dair ehtimallar əlvan metallar bazarlarında qızılın da qiymətinə təsir etməkdədir. Belə ki, 1855$-ın (59.6 $/qram) qırılması ilə 1825$-a (58.7 $/qram) kimi ucuzlaşmanın da şahidi ola bilərik.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 17 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)






