Neftə tələbat pandemiyadan əvvəlki səviyyəyə ən azı 1 il yarıma çatacaq - beynəlxalq qurum
2021-2022-ci illərdə cəmi 8,5 milyon barel artacaq günlük tələbat yalnız 2022-ci ilin sonunda 100 milyon barelə çata bilər...Beynəlxalq Enerji Agentliyi (IEA) bugün neft bazarı üzrə icmalının iyun 2021-ci il buraxılışını təqdim edib.
Marja xəbər verir ki, enerji bazarında ən mühüm məlumat mənbələrindən sayılan beynəlxalq qurum 2020-ci ildə rekord səviyyədə - günlük 8,6 milyon barel azalan qlobal neft tələbatının pandemiyadan əvvəlki səviyyəyə çatması üçün ən azı il yarım vaxt lazım olduğunu bildirib.
IEA 2021-ci ildə günlük tələbatın 5,4 milyon barel, 2022-ci ildə isə əlavə 3,1 milyon barel artacağını proqnozlaşdırır. 2022-ci ildə tələbatda günlük artımın 1,3 milyon bareli OECD üzvü olan ölkələrin, qalan 1,8 milyon bareli isə digər ölkələrin payına düşəcək. 2022-ci ilin sonuna günlük tələbatın ortalama 99,5 milyon barelə, maksimum həcmdə isə 100,6 milyon barelə çatacağı gözlənilir.
Artan tələbat isə öz növbəsində hasilat həcmini yüksəltməyi şərtləndirir. IEA 2021-ci ilin ikinci yarısında OPEC+ tərəfindən günlük hasilatın 800 min barel, quruma daxil olmayan ölkələr tərəfindən isə 710 min barel artırıla biləcəyini bildirir.
2022-ci ildə OPEC+ üzvü olmayan ölkələrin günlük hasilatı 700 min barel, ABŞ-ın hasilat həcmi 900 min barel artacaq. Belə olan halda, növbəti ilin ortalarında hasilatı 2 milyon barel artırmağı planlaşdıran OPEC+-un əlavə günlük 6,9 milyon barel ehtiyat istehsal həcmi qalır. Hətta İrana qarşı sanksiyalar ləğv olunsa və bu ölkə bazara əlavə 1,4 milyon barel günlük neft çıxarsa belə, OPEC+ üçün növbəti il ərzində hasilatı iri həcmdə artırmaq imkanı kifayət qədərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























