Pandemiya dövründə amerikalılar 26 trilyon dollar varlanıb
Pandemiyaya və 1946-cı ildən bəri 20 milyon insanın işsiz qalmasına səbəb olan ən pis iqtisadi tənəzzülə baxmayaraq, ABŞ vətəndaşlarının rifahı sürətlə artıb.
Marja ABŞ Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, 2021-ci ilin birinci rübünün sonunda amerikalıların ümumi sərvəti 154,2 trilyon dollara çatıb.
2020-ci ilin 1-ci rübünün sonu ilə müqayisədə Amerika ev təsərrüfatlarının aktivləri 26 trilyon dollar, 2019-cu ilin dördüncü rübü ilə müqayisədə isə 20 trilyon dollar artıb.
17.2 trilyon dollarlıq şəxsi borc nəzərə alındıqda, ABŞ əhalisinin xalis sərvəti 136.9 trilyon dollara və ya ÜDM-in 620% -inə çatıb. Bu məbləğin təxminən 70% -i və ya 109,6 trilyon dolları maliyyə aktivlərinin payına düşür. Bunlara təqaüd planları (29,9 trilyon dollar), səhmlərə investisiyalar (28,2 trilyon dollar), kiçik müəssisələrdəki paylar (13,1 trilyon dollar), həmçinin qarşılıqlı fondlar (11,6 trilyon dollar) və bank depozitləri (11,2 trilyon dollar) daxildir.
Amerikalılara məxsus qeyri-maliyyə aktivləri (əsasən daşınmaz əmlak, eyni zamanda avtomobillər, zinət əşyaları və s.) 44,6 trilyon dollardır.
İqtisadçılar bildirirlər ki, sərvətin artmasına əsasən yüksələn səhmlər və fondlardakı investisiyalar səbəb olub. Nəticə etibarilə "varlılar daha çox varlı olublar". Həmçinin insanlar pandemiya ilə əlaqədar olaraq "qadağan olunmuş" əyləncələrə pul xərcləmədiklərindən qənaət etməyi bacarıblar.
Eyni amanda yoxsul təbəqə hökumətdən yardım alıb. İşsizlik müavinətlərinin artması səbəbindən ölkədə işləməməyin daha sərfəli olduğu ortaya çıxıb, çünki sosial yardım maaşlardan daha yüksəkdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 19 d. əvvəl
- 28 d. əvvəl
-
39 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 43 d. əvvəl
-
55 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)






.jpg)




