Rusiyanın sabah faiz artıracağı gözlənilir
TASS-a müsahibə verən mütəxəssislərin fikrincə, Rusiya Mərkəzi Bankı iyunun 11-də faizini artıracaq.
Marja xəbər verir ki, onların fikrincə, ən çox ehtimal olunan ssenari faiz dərəcəsinin 0,5 bənd artırılaraq 5,5%-ə yüksəldilməsidir.
Rusiya Bankı, aprel ayındakı iclasda da faizini 0,5 bənd artıraraq 5%-ə yüksəltmişdir.
Tənzimləyicinin izah etdiyi kimi, qərar istehlak qiymətlərinin artım templərinə, inflyasiya gözləntilərinə və bir sıra sektorlarda tələbin davamlı bərpa olunmasına əsaslanmışdır.
Mərkəzi Bankın baxdığı amillər nəinki dəyişməyib, təsirlərini də artırıblar. Xüsusilə may ayında inflyasiya kəskin artıb, Rusiyada və dünyada iqtisadi fəaliyyət kifayət qədər sürətli bir canlanma göstərməyə davam edib.
2021-ci ilin sonuna qədər Rusiya Mərkəzi Bankının faizinin 6%-i keçə biləcəyi gözlənilir.
Bir neçə gün öncə, Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Kseniya Yudaeva, tənzimləyicinin faiz dərəcəsini 0,25 və ya 0,50 bənd artırmağı nəzərdən keçirmək niyyətində olduğunu bildirib. Qısası qərar bazar üçün sürpriz olmayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 17 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 39 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















