Alzheimerin dərmanı təsdiqləndi, istehsalçının səhmləri 60% bahalaşdı!
Yeni dərman vasitəsi dünyada 35 milyon insana çarə olacaq....Xəbər verdiyimiz kimi, ABŞ-ın transmilli biotexnologiya və əczaçılq şirkəti Biogen Inc.-in Alzheimer xəstəliyinin müalicəsində inqilabi yenilik ola biləcək dərman vasitəsinin ABŞ Qida və Dərman vasitələri Administrasiyası (FDA) tərəfindən təsdiqlənməsi gözlənilirdi. Marja xəbər verir ki, qurum məsələ ilə bağlı milyonlarla insanı sevindirəcək yöndə qərar verib.
Bu, son 20 ildə Alzheimer xəstəliyinin intensiv müalicəsi və onun inkişafının ləngidilməsi ilə bağlı rəsmi səviyyədə təsdiqlənən ilk dərman preparatıdır. Aducanumab tərkibli və “Adulhelm” brendi adı ilə istehsal olunacaq dərman vasitəsinin illik müalicə kursu 56 min dollara başa gələcək.
Məlumat üçün bildirək ki, Alzheimer demensiyanın geniş yayılmış bir növü olub, daha çox yaşlı insanlarda yaddaş, düşüncə və davranış dəyişikliyinə səbəb olan neyrodegenerativ xəstəlikdir. 1905-ci ildə alman psixiatr Altos Alzheimer tərəfindən qeydə alınaraq, onun adını daşıyan bu xəstəlik əsasən 65 yaşdan yuxarı şəxslərdə yayılsa da, son dövrlərdə kifayət qədər “gəncləşmişdir”. Təkcə ABŞ-da 6 milyondan artıq şəxs, dünyada isə ümumilikdə 35 milyon insan bu xəstəlikdən əziyyət çəkir.
“Biz bu dərman vasitəsinə və onun təsdiqinə kifayət qədər mühüm diqqətdən xəbərdarıq.” - FDA-nın Dərman vasitələrinin Qiymətləndirilməsi və Tədqiqi Mərkəzinin direktoru Patrisia Kavazzoni bildirib. O, aducanumab-ın xəstələr üçün müsbət təsirlərinin risklərindən çox olması səbəbindən dərman vasitəsinin təsdiqləndiyini vurğulayıb.
Xəbərin ardından dünən gün ərzində Biogen Inc.-in səhmləri 60%-ə qədər, onun yapon tərəfdaşı Eisainin qiymətli kağızları isə 52% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















