Azərbaycan – İsrail şirkətinin südü ilə İtaliya müəssisəsi pendir istehsal edəcək
Səfir: “Zəngilan Azərbaycan, İsrail və İtaliya əməkdaşlığının mərkəzi olacaq”İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın işğalından azad olunmuş Zəngilan rayonunda “Smart City” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrdən danışıb.
Diplomat tvitterdə səfərdə olduğu Zəngilan rayonundan videomüraciət paylaşıb.
Onun sözlərinə görə, Zəngilanda İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan müəssisə yaradılacaq.
“Bu gün biz Zəngilandayıq. Mənim arxamda indi hələ ki, heç nə yoxdur. Ancaq İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə hər şey mümkündür. Bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq üçün yer olacaq. Məhz burada Azərbaycan – İsrail şirkətinin süd təsərrüfatı quracağı ərazilərdə – ilk olaraq ağıllı şəhər yaradılacaq. Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə təsis olunacaq. Sonra məhsullar yaxındakı İtaliya zavoduna veriləcək. İtaliya zavodu isə pendir və digər süd məhsulları istehsal edəcək”, - səfir bildirib.
Diplomat deyib ki, bu əməkdaşlıq Zəngilanın bu hissəsini canlandıracaq və insanları evlərinə qaytaracaq: “Bu əməkdaşlıqdan çox qürur duyuruq. Hazırda burada heç bir şey yoxdur. Gələn il bura Azərbaycan, İsrail və İtaliya əməkdaşlığının mərkəzi olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)










