Smartfon manyakları üçün “Üçüncü Göz”!
İndi yeriyərkən də qorxmadan mobil telefonunuza rahatca baxa biləcəksiniz.Mobil telefonlar artıq həyatımızın o dərəcədə ayrılmaz tərkib hissəsinə çevrilib ki, yemək yeyəndə, avtomobil idarə edəndə, ictimai nəqliyyatda, hətta piyada yeriyərkən də gözümüzü smartfonumuzun ekranından çəkmirik.
Bəzən bu vərdişimiz həddən artıq təhlükəli hal alır, xüsusən piyada yeriyərkən və küçənin qarşı tərəfinə keçdikdə ani diqqətsizlik həyatımız bahasına başa gələ bilər.
Amma nə edək ki, Netflix və ya Youtube-da maraqlı bir film, TikTok-da trendə çevrilmiş video, yaxud Facebookda dostlarımızın yazdığı məzəli status bizə “gözüaçıq” gəzməyə imkan vermir....
Çarəsi tapılıb!
Marja xəbər verir ki, Cənubi Koreyalı sənaye dizayneri Paeng-Min Wook smartfon zombiləri üçün “Üçüncü Göz” ixtira edib. Alnımıza bərkitdiyimiz robotabənzər, dizaynerin “Phono Sapiens” adlandırdığı kiçik kamera başımızı aşağı-smartfonumuza doğru əydiyimiz anda sensorlu translüssent “göz qapağı”nı açır. Hər hansı maneəyə 1-2 metrə qədər yaxınlaşdığımız zaman “Üçüncü Göz” siqnal verərək, bizi təhlükə barədə xəbərdar edir.
Paeng-Min artıq bu ixtirasını Seul küçələrində sınaqdan keçirib. Dizayner növbəti mərhələdə “Üçüncü Göz” üçün kamera modulu və qoşulmaq üçün mobil telefon tətbiqetməsi hazırlamaq niyyətindədir.
Bəlkə də 28 yaşı gəncin bu praktik kəşfi onu tezliklə milyonçuya çevirəcək...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)







