ABŞ istiqrazlarından təzadlı göstərici
Açıqlanacaq yeni işsizlik və digər statistik məlumatları gözləyən birjalarda vəziyyət qarışıqdır.İnvestorların diqqəti bugün və sabah açıqlanacaq bəzi iqtisadi göstəricilərə yönəldiyi bir vaxtda ABŞ-da dövlət istiqrazları səhər sessiyasında qarışıq nəticələr göstərib.
Marja xəbər verir ki, 10 illik Xəzinədarlıq notlarının gəlirlilik dərəcəsi 10 bənd artaraq, 1,5926%-ə çatıb. 30 illik notlarda isə əksinə - azalma müşahidə olunub. Gəlirlilik dərəcəsi 11 baza bəndi azalaraq, 2,2774%-ə düşüb. Göstəricilər qiymətlərə tərs mütənasib olaraq dəyişib.
Hazırda ABŞ investorları inflyasiya dinamikasını ciddi şəkildə izləyirlər. Mərkəzi Bankın (Fed) Nyu-York bölməsinin keçmiş rəhbəri Uilyam Dudley dünən CNBC televiziyasında açıqlamasında hazırkı Fed rəhbərliyi ilə eyni mövqedən çıxış edərək, inflyasiya artımının müvəqqəti xarakter daşıdığını bildirib.
Dünən Fed-in 12 əyalətdə iqtisadi aktivlik və bazar şəraiti barədə mütəmadi açıqladığı icmalın - “Bej rəngli kitabın (Beige Book)” aprel-may ayları üzrə nəticələri də maraqlı olub. Hazırda milli səviyyədə işsizlik faizi 6,1% təşkil edir, 9,8 milyon işsizin və 8 milyon boş iş yerinin mövcudluğuna baxmayaraq, şirkətlər yetərincə əməkdaş tapmaqda çətinlik çəkir. Bu isə əmək haqqı xərclərini artırır və şirkətər yeni işçilərə daha yüksək məvacib vəd etməli olur.
Bugün həm də qeyri-kənd təsərrüfatındakı işçilərin sayı və həftə ərzində işsizlik müavinəti üzrə təqdim olunan ərizələrin miqdarı barədə məlumatlar açıqlanacaq. Fed-in Atlanta bölməsinin rəhbəri Rafael Bostikin və Dallas filialının prezidenti Robet Kaplanın çıxışları da maraqla gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















