"Neftə tələb pandemiyadan əvvəlki səviyyənin 98%-inə çatıb"
Neft, çərşənbə axşamı günü, OPEC+ yığıncağında hasilatın artırılmasına başlanacağına dair qərardan sonra 2018-ci ilin Oktyabr ayından bu yana ən yüksək səviyyədə günü bağlayıb.
Marja xəbər verir ki, Brent nefti 2019-dan bu yana ilk dəfə günü 70 dolların üzərində bağlanıb.
OPEC+ İyul ayı üçün istehsalı artırmağa hazırlaşır. Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Əbdüləziz bin Selman, "tələbdə aydın artım işarələri görülür" deyib.
İran ilə nüvə razılaşması danışıqlarının hələlik təxirə salındığına dair siqnallar da qiymətləri dəstəkləyib. İranlı bir rəsmi razılaşmanın Avqust ayında imzalanmasının gözlənildiyini söyləyib.
"ING Group"dan Warren Patterson bildirib ki, ABŞ-da neftə tələbin artması ilə bazar nikbindir. Neftə tələb böyük ehtimalla epidemiyadan əvvəlki səviyyələrin 98%-inə çatıb.
Bakı vaxtı ilə saat 11:32-də Brent nefti 0,6% bahalaşma ilə 70,70 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















