Zoom gəlirlərini 200%-ə yaxın artırıb - AMMA...
“Pandemiyanın möcüzələrindən biri” gözləntiləri yetərincə doğruldub, amma..... bazarın kiçilməsindən narahatdır...ABŞ-ın telekommunikasiya və texnologiya şirkəti, koronavirus pandemiyasında ən çox istifadə olunan videotoplantı, telekonfrans və onlayn çat xidməti, 140 milyard dollarlıq bazar dəyəri ilə qocaman amerikan enerji nəhəngi ExxonMobil-i də üstələyən Zoom cari maliyyə ilinin birinci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkət analitiklərin proqnozlarını artıqlaması ilə doğruldaraq, 956,2 milyon dollar gəlir əldə edib (illik ifadədə 191% artım). Xalis mənfəət isə 8 dəfəyə yaxın artaraq, ötən ilin müvafiq dövründəki 58,3 milyon dollarla müqayisədə 402 milyon dollara çatıb.
10 nəfərdən artıq işçiyə malik müştərilərin sayı 497 minə çatıb ki, bu da illik ifadədə 87% artım deməkdir. Həmçinin, 100 000 dollardan artıq xidmət haqqı ödəyən müştərilərin sayı 160% artaraq, 2000-ə çatıb. Şirkətin toplam marjası əvvəlki rübdəki 69,4%-dən 73,9%-ə yüksəlib. Özündə bulud əsaslı telefon, videozəng və digər xüsusiyyətləri birləşdirən ZoomPhone məhsulundan istifadə edənlərin sayı yanvarda 1 milyon nəfər idisə, apreldə bu rəqəm 1,5 milyona çatıb.
Növbəti rüb üçün Zoom 985-990 milyon dollar gəlir və 355-360 milyon dollar mənfəət planlaşdırır. Həmçinin, 2022-ci maliyyə ili üçün şirkətin gözləntiləri 3,99 milyard dollar gəlir və 1,42-1,44 milyard dollar mənfəət əldə etməkdir. Şirkət rəsmiləri pandemiya nəticəsində tətbiq edilən məhdudiyyətlərin yumşaldılması və daha çox insanın ofislərə geri qayıtması səbəbindən satışlarda ötən ilki artım bumunu təkrarlanmayacağını bildirir.
Xatırladaq ki, 2019-cu ilin sonlarında Zoom proqramı ilə gündəlik toplantı keçirən iştirakçıların sayı 10 milyon idisə, 2020-ci ilin aprelində bu rəqəm 300 milyon nəfərə çatmışdı. Şirkətin səhmləri sürətlə bahalaşaraq, bazar dəyərini 2020-ci ilin iyununda 67 milyard dollara, oktyabrda isə rekord həddə - 140 milyard dollara çatdırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 33 d. əvvəl
- 40 d. əvvəl
- 45 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir






.jpg)





.jpg)








