GoldenPay/Hesab.az əməkdaşları tələbələr üçün silsiləvi onlayn təlimlər həyata keçirib!
(®️) GoldenPay şirkəti, hər zaman sosial yönümlü tədbirlərdə yaxından iştirak edərək, gənclərin şəxsi inkişafına, təhsilinə, karyera və peşə seçimlərinə dəstək olur, gələcək nəsillərin sağlam və peşəkarcasına yetişməsində öz töhvəsini verməyə çalışır. Goldenpay/ Hesab.az onlayn ödəniş portalı tələbələr üçün növbəti seminarlarını həyata keçirib.
Belə ki, 26 Aprel – 7 May tarixlərində GoldenPay şirkətinin Layihə rəhbəri Fəxri Hüseynov və İT şöbəsinin əməkdaşlarının iştirakı ilə “ASAN Könüllülük” Məktəbi - ASAN könüllüləri, SABAH qrupu tələbələri üçün onlayn seminarlar uğurla həyata keçirilmişdir.
Təlimlərdə “GoldenPay” şirkətinin əməkdaşları “Kriptoqrafiya nədir?”, “Layihələrin idarə edilməsi”, “Necə proqramçı olmaq olar?”, “Startup” mövzuları üzrə çıxış ediblər. GoldenPay əməkdaşları öz təcrübələrini gənclərlə bölüşdülər. Seminar ərzində tələbələr öz suallarını səsləndirdilər və suallarının cavablarını almış oldular.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























