Rusiyada emal sənayesinin iqtisadi aktivliyi son 2 ilin rekord həddinə çatıb
Məşğulluq da 2018-ci ilin sonundan etibarən ən yaxşı nəticə göstərib, inflyasiya narahat edir.Qlobal miqyasda iqtisadi aktivliyin əsas göstəricilərindən olan istehsalatda Satınalma Menecerləri İndeksinin (Purchasing Managers’ Index-PMI) Rusiya üzrə cari ilin may ayının nəticələri bugün açıqlanıb.
Marja xəbər verir ki, apreldəki 50.4 göstəricisi ilə müqayisədə 51.9 bal təşkil edən indeks aşağı templə artsa da, son 2 ilin ən yaxşı nəticəsini göstərib. Artımın əsas səbəbi sifarişlərin həcminin genişlənməsi və daha güclü müştəri tələbatıdır.
Sifarişlər 2020-ci ilin avqustundan bəri ən yüksək templə artıb və böyük hissəsi ixrac əsaslı mallar təşkil edib. Təchizatçıların göstəricisi isə əksinə, pisləşib. Xüsusilə xammal qıtlığı və nəqliyyat xərclərinin artması buna təsir edən əsas amillərdən olub. Xammal və materialların sürətlə azalması 2021-ci il ərzində may ayında ən sürətlə baş verib. İnflyasiyanın hazırkı həddi növbəti il üzrə gözləniən məhsul həcmi proqnozunun dörd aylq minimuam düşməsinə səbəb olub.
İstehsal həcminin artması məşğulluğa da təkan verib. Yeni iş yerlərinin açılması 2018-ci ilin dekabrından bəri ən yüksək həddə çatıb. Bununla belə, xammal qıtlığı və tamamlanmamış sifarişlərin sayı yenidən müəyyən ixtisarların olacağından xəbər verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















