Kriptovalyuta investorlarından Tesla şefinə çağırış: “get, avtomobilini burax”!
Bitkoinsevərlər Elon Maskın tvitlərindən bezib.Son həftələrdə kriptovalyuta bazarının üzərində qara buludlar gəzir. Marja xəbər verir ki, bazarın bir nömrəsi, aprelin ortalarında 65 min dollarlıq tarixi rekorda çatmış Bitkoinin, eləcə də “məzəli” dogecoin-in və başqa kriptovalyutaların qiyməti 40%-ə qədər ucuzlaşıb.
Sosial şəbəkə xəbərlərinə və bəzi iri investorların davranışlarına çox həssas olan bu “yeni pul” sahiblərinin ən çox izlədiyi mənbələrdən biri Tesla rəhbəri Elon Maskın Tvitter hesabıdır. Qalmaqallı “texnokral” isə bir tviti ilə Bitkoinin qiymətini “at belinə qaldırırsa”, digər bir açıqlaması ilə kriptovalyuta bazarını darmadağın edir, nəticədə milyardlarla vəsait itirən investorlar hirsindən “zəncir çeynəyir”.
Doğrudur, Mask kriptovalyuta bazarına təsir edən yeganə amil deyil. Lakin ilin əvvəlindən Tesla rəhbərinin davranışları bu sahədə qiymətləri müəyyənləşdirən səbəblərdən biri olaraq qalmaqdadır. Bitkoin fanatları və iri həcmli kriptovalyuta investorları Maskın tvit atmağı dayandırmasını və diqqətini elektromobil istehsalına yönəltməsini daha məqbul sayır. “Maskı izləyən insanlar kor-koranə şəkildə şəkildə çoxlu pul itirir. Onlar özlərini “elə yandırır” ki, bu zərəri bir daha bərpa etmək mümkün deyil” - kriptovalyutaları borc verən Celsius platformasının qurucusu Aleks Maşinski bildirir.
Kriptovalyuta investisiya şirkəti Magnetic-in direktoru Meqan Kaspar isə hələ də Maskın Dogecoin-lə bağlı fikrinin konkret nə olduunu anlamaqda çətinlik çəkir: “Bilmirəm, o niyə bu valyutanı dəyərli hesab edir? İnstitusional investorlar təbii ki, Maskın bir tvitinə görə kriptovalyuta alıb-satmır, amma həvəskarlar və pərakəndə treyderlər çox tez reaksiya verir, nəticə isə həmişə ürəkaçan olmur.”
“Elon Mask telefonunu əlindən yerə qoymasa, hələ kriptovalyuta bazarı bu “sərlövhə riski”ndən çox ziyan çəkəcək” - Direxion maliyyə şirkətinin icraçı direktoru Ed Egilinski bildirib. O, Bitkoin və digər kriptovalyutaların inflyasiyalara qarşı əsas hedc aləti olmadığını, dollar, avro və digər real valyutalara bağlı olan “stablecoin”-lərə (tether, USD coin, binance USD və s.) yatırım etməyin daha səmərəli olacağını qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















