Pandemiyadan qazananlar silsiləsindən: dünyanın ən sürətli COVID testi istehsalçısı
Təkcə Böyük Britaniyaya 1 milyard test satılıb, hazırkı hədəf gündəlik 50 milyon test istehsalıdır.Koronavirus pandemiyası bir sıra sahələrdə ciddi resessiya yaratsa da, xüsusən tibbi xidmətlər və əczaçılıq sahələrində görünməmiş inkişaf bumuna səbəb oldu.
Marja xəbər verir ki, bu kiçik “taclı” virusun yaratdığı fürsətlərdən maksimum faydalananlardan biri də Çinli iş adamı, qəribə bir təsadüflə elə COVID-10 infeksiyasının dünyaya yayıldığı Vuhan şəhərində anadan olmuş milyoner Çarlz Huanqdır. ÜST tərəfindən infeksiya pandemiya olaraq elan edilən kimi, özəl investisiya şirkəti Pasaca Capital-ın sahibi olan Çinli bu fürsəti əldən verməyərək, 2020-ci ilin martında ABŞ-da Innova Medical Group şirkətini qurur.
Əvvəlcə standart COVID testləri istehsal edən şirkət daha sonra yeni innovativ məhsulunu - cəmi 5 dollardan da ucuz olan və 30 dəqiqə ərzində nəticəni göstərən testləri təqdim etdi. Tezliklə bu məhsullara ABŞ və Avropada tələbat görünməmiş dərəcədə artıb. Ötən ilin sonlarından sürətli COVID test dəstinin istehsalı ilə bağlı təkcə Böyük Britaniya hökuməti ilə 3 milyard funt-sterlinq (4,25 milyard dollar) həcmində təchizat müqaviləsi imzalanıb. Bu, hökumətin elan etdiyi 37 milyard funtluq Test və İzləmə proqramı çərçivəsində bir şirkətə verilmiş ən böyük sifarişdir.
İndiyə kimi müqavilə çərçivəsində Innova Böyük Britaniyanı Çinin Fujian əyalətində istehsal olunmuş 1 milyard ədəd testlə təchiz edib. Şirkət təkcə bu testlərin ölkəyə gətirilməsinə 100 milyon funtdan artıq vəsait xərcləyib. 2020-ci ilin ikinci yarısında isə Pasaca Capital test istehsalına 100 milyonlarla dollar investisiya yatırıb.
Bəzi ölkələr tərəfidən testlərinin dəqiqliyi ilə bağlı çoxlu sual və iradlar bildirilsə də, Innova öz hədəflərindən vaz keçmək fikrində deyil. Şirkət gündəlik COVID test istehsalını 10 dəfə - 5 milyondan 50 milyona qədər artırmaq üçün bu yay Uelsdə iri istehsal müəssisi açacağını bildirib. Şirkətin baş direktoru Den Elliot hələ ən azı 3-4 il COVID testlərinə tələbatın yüksək səviyyədə qalacağına əmindir: “Nə qədər ki biz işləyirik, səyahət edirik, o qədər çox test üçün qarışıq variantlar və imkanlar mövcud olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























